Azərbaycan Beynəlxalq Bankı prokurorluq işçiləri üçün kampaniya keçirir

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə kampaniya elan edib.

Kampaniya çərçivəsində, ABB-nin əməkhaqqı kartına sahib hər bir prokurorluq işçisi nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.

Məlumatda deyilir ki, kreditin məbləği 15 min manatadək, kreditin müddəti 36 ayadək ola bilər. Kampaniya çərçivəsində kreditin illik faiz dərəcəsinə 2 faiz bəndi endirim ediləcək və kredit faizləri 25%-dən başlayacaq.
Şərtlərə görə, 3 min manata qədər götürülən kredit zaminsiz veriləcək və bütün prokurorluq işçiləri üçün proses komissiyasız rəsmiləşdiriləcək.
Qeyd edək ki, kampaniya oktyabrın 6-dək davam edəcək.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq olar. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.