Meksikada zəlzələdə ölənlərin sayı 355-ə çatıb

Meksikada sentyabrın 19-da 7,1 bal gücündə baş verən zəlzələdə ölənlərin sayı 355 nəfərə çatıb.

Trend-in məlumatına görə, ölkə rəsmiləri bildirib ki, hazırda xəstəxanalarda 400-dən çox yaralı var. Onlardan 60-nın vəziyyəti ağırdır.

Təbii fəlakətin ölkəyə vurduğu ziyan 2 milyard dollardan çox hesab edilir.