Qobustanda 100 yerlik yeni uşaq bağçası tikilib

Qobustan şəhərinin yeni yaşayış massivində inşa olunan 100 yerlik uşaq bağçası istifadəyə tam hazırdır.

AZƏRTAC xəbər verir ki, qobustanlı uşaqlar üçün gözəl hədiyyə olacaq bağça daxili imkanlar hesabına inşa olunub. İkimərtəbəli binada istirahət, müəllimlər və tibb otaqları, oyun zalı var. Bütün otaqlar lazımi avadanlıqlarla təchiz edilib.