UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb

Futbol üzrə Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldu qalib olub.

O, qrup mərhələsinin II turu çərçivəsində İspaniya təmsilçisinin Dortmund “Borussiya”sını 3:1 hesabı ilə məğlub etdiyi görüşdə dubla imza atması sayəsində ən yaxşı seçilib.

Qeyd edək ki, K.Ronaldu Lionel Messi və Neymarla birgə 2017-ci ilin ən yaxşı oyunçusu olmağa namizəddir.