Azərbaycan milli komandası üçüncü yer uğrunda mübarizə aparacaq (FOTOREPORTAJ)

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində milli komandamız növbəti görüşünü keçirib.

Azərbaycan milli komandası yarımfinalda Niderland yığması ilə qarşılaşıb. Oyun 2:3 hesabı Niderlandlı voleybolçuların xeyrinə bitib (25:20, 19:25, 19:25, 27:25, 12:15).

Bunula da, Azərbaycan yığması sabah keçirələcək Avropa çempionatının üçüncü yeri uğrunda qarşılaşmada çıxış edəcək. Millimizin rəqibləri bu gün keçiriləcək Türkiyə-Serbiya oyunundan sonra məlum olacaq.