Hindular 3 yaşlı qızı Allah elan etdilər – AĞLASIĞMAZ ƏNƏNƏ – VİDEO

Katmandu şəhərində 3 yaşlı qız hindu ilahəsi Taledju (Kumari) kimi elan edilib.

Trişna Şakya adlı qızcığaz qədim Durbar meydanında yerləşən sarayda yaşayacaq və validenylərini yalnız ildə 13 gün görə biləcək.

Balaca uşağı evdən apararkən, bütün ailəsi kimi, onun əkiz qardaşı da hönkür-hönkür ağlayırdı. Bu barədə The Sun məlumat yayıb.

“Mənim hisslərim qarışıqdır. Mənim qızım Kumari oldu, bu təbii ki yaxşıdır. Amma həm də qəmgin hadisədir, çünki o, bizdən ayırılacaq”, – deyə qızın atası bildirib.

Trişna Şakya bu qəribə post uğrunda başqa 3 iddiaçı ilə mübarizə aparırdı. Seçim prosesində xarici görünüşlə yanaşı, həm də qızın xarakteri nəzərə alınırdı. Xüsusi olaraq, yeni Kumarinin bədənində heç bir sıyrıntı və ya göyərmə izi olmamalıdır.

Əvvəlki Kumari də 2008-ci ildə 3 yaşında olarkən seçilmişdi. Qız həddi-büluğa çatandan sonra ailəsinə qayıdır, çünki artıq “təmiz qız” sayılmır./publika.az