Kamçatka sahillərində 5,3 bal gücündə zəlzələ baş verib

Kamçatkanın şərq sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Yeraltı təkanlar UTC vaxtı ilə axşam 19:25 radələrində qeydə alınıb. Episentri Petropavlovsk-Kamçatskiy şəhərindən 91 kilometr şərqdə yerləşib.

Zəlzələnin ocağı 47,7 kilometr dərinlikdə olub.