Şahdağ Turizm Mərkəzinin havalandırma üzrə idarəetmə sistemlərini yerli şirkət təmir edəcək

Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” QSC-nin havalandırma üzrə idarəetmə sistemlərinin təmiri işlərinin satın alınması ilə əlaqədar elan etdiyi kotirovka sorğusunun qalibi məlum olub.

“Report”un dövrü mətbuata istinadən verdiyi məlumata görə, “Sənaye Təchizat Servis” MMC qalib şirkət elan olunub və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılıb.