“Qarabağ”ın hücumçusu: “Roma”ya vurduğum qolu unutmayacağam”

“Qarabağ”ın futbolçusu Pedro Enrike Çempionlar Liqasında qrup mərhələsinin II tur matçında İtaliya “Roma”sının qapısından keçirdiyi qolu şərh edib.

Astarainfo.az “Report”-a iatinadən məlumat verir ki, 27 yaşlı hücumçu Braziliya mətbuatına açıqlamasında həmin epizodu xüsusi an kimi dəyərləndirib.

“Sambaçı” belə məqamın bir hissəsi olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “İlk dəfədir ki, Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində yer alır. Bu qol həmişə yadımda qalacaq”.

O, komandanın qalib gəlməməsinə görə təəssüf edib: “Təəssüf ki, müsbət nəticə əldə edə bilmədik. Lakin “Roma” kimi böyük kluba qarşı yaxşı oynadıq. Hətta heç-heçə də edə bilərdik. Vurduğum qola görə xoşbəxtəm. Bu, mənə böyük əminlik hissi bəxş edir”.

Qeyd edək ki, Pedro Enrike “Roma” ilə görüşün 29-cu dəqiqəsində Dino Ndlovunun ötürməsindən sonra Braziliya millisinin qapıçısı Alison Ramzes Bekeri məyus edib. Görüş “Qarabağ”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.