Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb: 16 yaralı

Türkiyədə Karabük-Kastamonu şosesində işçiləri daşıyan mikroavtobus aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.

Məlumata əsasən, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.