Buddist zəvvarları aparan təyyarə məcburi eniş etdi – SƏBƏB?

“Jetstar Pacific” aviaşirkətinə məxsus təyyarə məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, təyyarə Vyetnam paytaxtından Hindistanın Bodxqaya şəhərinə buddist zəvvarları aparırmış. Lakin Tayland telekanlının yaydığı məlumata görə, çarter reysi həyata keçirən təyyarə Taylandın Çianqmaya şəhərində məcburi eniş edib.

Məlumata görə, təyyarənin ekipajı yük hissəsində baş vermiş tüstülənmə səbəbindən məcbur eniş barədə qərar qəbul edib.

Təyyarə endikdən sonra 180 sərnişin dərhal təxliyə edilib. Xəsarət alan olmayıb.

Tüstülənmənin hansı səbədən baş verməsi barədə məlumat verilməyib.