Las-Veqasda atışmada 20-dən çox insan ölüb, 100-dən çox yaralı var – HADİSƏ ANININ GÖRÜNTÜSÜ – YENİLƏNİB-1

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.

APA-nın “Röyters” agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.

Ölənlər arasında polis əməkdaşları da var.

 

***

10.52

Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib. APA-nın məlumatına görə, bu barədə “Reuters” yerli xəstəxanaya istinadən xəbər yayıb.

Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir.

Hadisənin törədən şəxsin axtarışları davam etdirilir.

 

***

10.37

Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.

APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, “Mandalay Bay Casino”nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.

Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.