Azərbaycan Hərbi Dəniz Qüvvələri təlim keçirir – FOTOLAR

Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) NATO qiymətləndirməsinə hazırlıq üzrə məşqlər keçirilir.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, HDQ-nin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin hazırlıq məşqləri keçirilir.