Azərbaycan millisi futbolçu itkisi ilə üzləşib

Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib. 

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev zədəli olduğü üçün heyətdən çıxarılıb.

O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək.