Bərdədə ölümlə nəticələnən avtomobil qəzası

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Astarainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyəhmədli kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “QAZ-24” markalı maşının toqquşması nəticəsində “QAZ 24”ün sürücüsü, Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Şükürov Rabil Bayram oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.