Braziliyada ölkə tarixində ən böyük qarətin qarşısı alınıb

San-Paulu şəhərinin polisi bank qarətinə cəhd göstərməkdə şübhəli bilinən 16 nəfəri həbs edib.

Astarainfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, cinayətkarlar “Banco do Brasil” bankının xəzinəsinə aparan təxminən 500 metrlik tunel qazıblar. İstintaqın versiyasına görə, şübhəlilər 1 milyard real (318 milyon dollara yaxın) oğurlamaq istəyirmiş. Polis müəyyən edib ki, tunelin tikintisinə təxminən 1 milyon dollar xərclənib. Plan baş tutsaydı, ölkə tarixinin ən böyük qarəti baş verəcəkdi.

Bundan əvvəl Fortalez şəhərində yerləşən Braziliya Mərkəzi Bankı qarət edilərkən də tuneldən istifadə olunmuşdu. O zaman plan baş tutmuş və cinayətkarlar 52 milyon dollar oğurlaya bilmişdilər. Lakin həmin tunel indikindən 8 dəfə kiçik idi.