Rəqslərimiz Dünya çempionatında

Oktyabrın 28-də Rusiyanın Kreml Sarayında Avropa rəqsləri üzrə peşəkarlar arasında “Dünya çempionatı – 2017” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, dünya çempionatının təşkilatçısı Rusiyanın Əməkdar İncəsənət Xadimi, Rusiya Rəqs Birliyinin prezidenti, Dünya Rəqs Birliyinin (WDC) fəxri vitse-prezidenti Stanislav Popovdur.

Ölkəmizi müsabiqədə Eldar Cəfərov və Anna Sajina təmsil edəcək.

Qeyd edək ki, E.Cəfərov və A.Sajina 2005-ci ildən birlikdə rəqs edirlər. Cütlük elə həmin il ölkə çempionatında iştirak edib və qalib olub. Onlar bal rəqsləri, Latın Amerikası və 10 rəqs bölgüsü üzrə üçqat ölkə çempionudurlar. Həmçinin, rəqqaslar 2008-ci ilin sentyabr ayında keçirilmiş “Eurovison” rəqs müsabiqəsində ölkəmizi təmsil ediblər.