Türkiyədə 4 əsgər şəhid oldu – PKK TERRORU

Türkiyənin Hakkari şəhərində 4 əsgər şəhid olub.

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, içində əsgərlərin olduğu maşın hərbi məntəqənin qarşısından keçərkən əvvəlcədən quraşdırılmış bomba partladılıb. Nəticədə 4 hərbçi şəhid olub, 4-ü isə yaralanıb.

Bombanın PKK terrorçularu tərəfindən yola yerləşdirildiyi bildirilir.