Yeddi Afrika ölkəsi OPEC+ anlaşmasına qoşulmaq istəyir

 Afrikanın 7 ölkəsi neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına qoşula bilər. 

“Report” “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Venesuelanın neft naziri Euloxio del Pino məlumat verib.

Nazir bildirib ki, bu ölkələr Misir, Ekvatorial Qvineya, Konqo, Çad və digərləridir. Del Pinonun sözlərinə görə, bu təşəbbüslə Ekvatorial Qvineya çıxış edib. Misir ilə görüşməni isə nazir özü apardığını bildirib.

Qeyd edək ki, OPEC ölkələri 2016-cı ilin oktyabr ayında neft hasilatını 1,2 mln. barel/gün və ya 3,56% azaldaraq 32,5 mln. barel/günə qədər azaltmaq qərarına gəlib. OPEC üzvü olmayan ölkələr isə hasilatı daha 558 min barel/gün azaltmağa razılaşıblar. Anlaşmanın müddəti 2017-ci ilin iyun ayında daha 9 ay artırılaraq 2018-ci ilin mart ayının sonuna qədər uzadılıb.