Bakı-Quba yolunda qəza olub, iki Türkiyə vətəndaşı xəsarət alıb

Bu gün gecə saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Astarainfo.az APA-nın şimal bürosunaverdiyi məlumata görə, magistralın 74-cü km-də, Siyəzən rayonu ərazisində “Toyota Prado” avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə minik maşınında olan iki Türkiyə vətəndaşı xəsarət alıb. Turha Tozkoparan və Burhan Şimşək Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Hər iki şəxs bu gün səhər saatlarında Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.