“Təhmin və Zaur” filminin təqdimatı keçiriləcək

 “Cinemazadeh” istehsalı olan “Təhmin və Zaur” filminin təqdimatı keçiriləcək.

“Cinemazadeh”dən “Report”a verilən məlumata görə, oktyabrın 18-də baş tutacaq qala gecəsi üçün özəl bilet satışı olacaq.

“Gənclik Mall”da yerləşən Cinema Plus kino mərkəzində keçiriləcək təqdimatda tanınmış simalar iştirak edəcək.

Bildirilib ki, oktyabrın 19-dan etibarən tamaşaçıların ixtiyarına veriləcək ekran əsəri Bakı kinoteatrları ilə yanaşı Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq.

Filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır. Komediya janrında olan ekran işinin rejissoru Zaur Mirzəzadədir.