Fırtına dörd ölkəni vurdu — Onlarla ölü – FOTOLAR

Mərkəzi Amerika ölkələri Nate tropik fırtınasından əziyyət çəkir.

“Ölkə.Az” xəbər verir ki, fırtına Nikaraqua, Kosta Rika, Honduras və El Salvadorda böyük dağıntılara səbəb olub. Torpaq sürüşmələri və sel suları yolların bağlanmasına, evlərin və körpülərin uçmasına səbəb olub. Ən azı 20 nəfər həlak olub. Onlarla insan itkin düşüb.

Şiddətli fırtına ABŞ-a doğru irəliləyir. Kosta Rikada ən azı 8 nəfər həlak olub. Bütün qatar reysləri və onlarla təyyarə reysi təxirə salınıb. Minlərlə yerli sakin sığınacaqlarda gecələyib. 400 min insan susuz qalıb.

Nikaraquada 11 nəfər həlak olub. İnfrastruktur məhv olub.

Hondurasda 3 nəfər həlak olub. Onlardan ikisi çayda boğulub.

El Salvadorda torpaq sürüşməsi bir nəfərin ölümünə səbəb olub.