Sumqayıtda hündürmərtəbəli binada yanğın olub, 15 nəfər təxliyə edilib

 Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasından yanğın olub.

Astarainfo.az “Report”a istinadən  verdiyi məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.