AŞPA-ya rəhbərlik edəcək şəxs məlum oldu

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Pedro Aqramuntun istefasını təsdiqləyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, quruma müvəqqəti rəhbərliyi AŞPA-nın vitse-prezidenti britaniyalı Rocer Geyl icra edəcək.

Məlumatda Aqramuntun istefasının oktybarın 9-da keçiriləcək plenar iclasda müzakirəyə çıxarıldığı lakin könüllü istefadan sonra bu iclasın ləğv olunduğu bildirilib.