İsveçrədə BOMBA HƏYƏCANI – Vağzal boşaldıldı

İsveçrədə partlayış təhlükəsi ilə əlaqədar mərkəzi vağzalda insanlar təxliyyə olunub.

Astarainfo.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Lozanna şəhərinin mərkəzi vağzalında baş verib.

Hadisəyə səbəb vağzalın mərkəzi hissəsində şübhəli əşyanın tapılması olub. Dayanacaqdakı qatar və avtomobillərin hərəkəti, eləcə də metronun gediş-gəlişi dayandırılıb.

Hadisə yerinə minaaxtaranlar cəlb edilib.