Astarainfo.az xəbər verir ki, ötən gün Biləsuvarda  rayon Gənclər və İdman İdarəsinin,  YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə  18 Oktyabr Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib.
Veloyürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının Baş katibi Fərhad Əliyev, Təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov iştirak edib.
Açılış mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov qarşıdan gələn bayram münasibətilə gəncləri təbrik edərək qeyd edb ki, bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir, çünki, dövlətimizin idarəçilik sükanı başında ümummilli Liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur.
Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti ölkəmizi dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Belə hərtərəfli tərəqqi məhz Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurla yerinə yetirilməsinin nəticəsidir.
Tədbirdə çıxış edən Azərbaycan Velosiped İdman Federasiyasının Baş katibi Fərhad Əliyev, Təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov Müstəqillik günü münasibətilə veloyürüşdə iştirak edənləri təbrik edərək, bütün gənclərə nümunəvi,vətənpərvər bir gənc kimi yetişməyi tövsiyə ediblər.
Müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı veloyürüş şəhərin girişindən start götürmüş, Heydər Əliyev küçəsi boyunca davam etmişdir. Veloyürüşdə fərqlənmiş idmançılara Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplomları və hədiyyələri təqdim edildi.

Samir Qurbanov

Astarainfo.az