Hər kəs Astara polisinin qəhrəmanlığından danışır – Video

stara polisinin göstərdiyi igidlik dünya mediasının xəbər manşetinə çevrilib.

Teleqraf.com xəbər verir ki, insanları leysan sularından xilas edən polis zabiti o gecə baş verənləri ARB TV-yə yə danışıb.

Astara RPŞ-nin tağım komandiri Xəqani Rüstəmov bildirib ki, həmin günü təsəvvür etmək çox çətindir: “Elə ailələr vardı ki,sellə bağlı heç bir məlumatları yox idi, yatmışdılar. Onları oyatdıq, daşqını görəndə necə olduqlarını təsəvvür edin. Vahimə, qışqırıq..”