Pentaqondan Türkiyə ilə viza böhranına -Münasibət

ABŞ və Türkiyə arasında 8 oktyabrda başlayan viza böhranından sonra Pentaqon məsələyə ilk dəfə münasibətini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qurum iki ölkə arasındakı siyasi gərginliyin, birlikdə həyata keçirilən hərbi əməliyyatlara təsir etməyəcəyini açıqlayıb.
Türkiyədə yerləşən “İncirlik hərbi bazası”nın NATO və koalisiya qüvvələrinin əməliyyatlarına dəstək göstərməyə davam etdiyi bildirilib.