Puerto-Rikoda qasırğa qurbanlarının sayı 43-ə çatıb

Puerto-Rikoda baş verən “Mariya” qasırğasında ölənlərin sayı 43-ə çatıb.

Ölkədə qasırğa nəticəsində dağılmış elektrik təsərrüfatının cəmi 16 faizini bərpa etmək mümkün olub.

Məlumata görə, sentyabrdan etibarən əhalinin 97 faizi işıqsızdır.

“Tesla Motors” şirkətinin rəhbəri İlon Mask bildirib ki, Puerto-Rikonun enerji sistemini günəş batareyalarının köməyi ilə bərpa etmək olar./Trend/