2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR tərəfindən 4 mlrd. 457,8 mln. kubmetr qaz hasil edilib.
“APA-Economics” SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,3% azdır.
Ötən ay SOCAR tərəfindən 498,7 mln. kubmetr qaz hasil olunub.
Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 21 mlrd. 118,1 mln. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,3% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə qaz hasilatı 2,414 mlrd. kubmetr təşkil edib.
Prezident İlham Əliyev təkbətək görüşü zamanı bilirmişdir ki, Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir.Ulu Öndər Heydər Əlirza...