“Başqa iş tapsam da, ailəm Bakıda qalacaq” – Prosineçki

Robert Prosineçki millimizin baş məşqçisi vəzifəsindən ayrılsa belə, ailəsi Bakıda qalacaq.

Astarainfo.az Qol.az-a istinadən  məlumatına görə, bu barədə xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, uşaqları Bakıda təhsil aldıqları üçün bu qərarı verib: “Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq”.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatır. Onun Sloveniya yığmasını çalışdıra biləcəyi iddia edilir.