Bu gündən Rusiyada yeni pullar “işləməyə başladı”

Artıq bu gündən 200 və 2000 rubl dəyərində yeni əsginaslar dövriyyəyə buraxılıb.
Trend-in məlumatına görə, əsginasların kütləvi şəkildə dövriyyə buraxılmasına gəlincə, Rusiya Bankının sədri Elvira Nabiullina bildirib ki, bu, dekabrda baş verəcək.
Bank sədri əlavə edib ki, yeni əsginaslar mərhələli şəkildə dövriyyə daxil olacaq.
Qeyd edək ki, əsginasların üzərində “Vostoçnı” kosmodromu və Russki adasına aparan körpü, eləcə də Tavr Xersonesi və batırılmış gəmilər heykəli əks olunub.