22 yaşlı oğlanın adını Marsda əbədiləşdirəcəklər – FOTO

7 ildən çoxdur NASA-ya könüllü olaraq köməklik göstərən 22 yaşlı Dəmir Bekbayevin soyadı yazılmış xüsusi silisium çip Marsın səthinə buraxılacaq.
 Astarainfo.az publika.az-a istinadən xəbər verir ki, 22 yaşlı gənc adının əbədiləşdirilməsi üçün NASA-nın rəsmi poçt ünvanına məktub göndərib. Gənc astronomun sözlərinə görə, bunu hər kəs edə bilər.
NASA-nın rəsmi saytından D.Bekbayevə gələn ismarıcda onun istəyinin qəbul edilməsi və 2018-ci ilin mayında Kanaveraldan Mars səthinə tədqiqatı üçün göndərilməsi nəzərdə tutulan “InSight” kosmik gəmisi həmin çipləri planetin səthinə qoyacaq.
Sözügedən kosmik gəminin əsas missiyası meteroidlərin Qırmızı Planetdə yaratdığı kraterlərin öyrənilməsi və planetin dərinliklərini öyrənməyə şərait yaradan seysmometrləri tədqiq etməkdir.

NASA-ya könüllü xidmət edən B.Dəmir astronomiya ilə yanaşı nanotexnologiyalara və xokkey oynamağa da maraq göstərir. Dəmirin anası Janna Bekbayeva deyir ki, bu, oğlunun ən böyük arzusu olub:

“Onun ən sevdiyi kitab kosmik ensiklopediyalar olub. O, həmişə deyirdi ki, bir gün Marsa səyahət edəcək”.