Polşanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Polşanın xarici işlər naziri Vitold Vaşikovski oktyabrın 18-də Azərbaycana səfər edəcək.

Astarainfo.az xəbər verir ki, “Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, birgünlük səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənir.
Görüşlər zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən siyasi və iqtisadi sahələrdə perspektivlər müzakirə ediləcək.