Türk Dünyası Sənədli Filmlər Festivalının açılışı olub

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə keçirilən II Türk Dünyası Sənədli Filmlər Festivalının BDU-da xüsusi mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, “6 ölkə bir festival” devizi ilə təşkil edilən Türk Dünyası Sənədli Filmlər Festivalının keçirilməsində başlıca məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan türklərin zəngin mədəniyyətə sahib olan dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir. Eyni zamanda festivalın təşkili ilə həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları üçün şərait yaratmaqdır.

Sonra Türk Dünyası Qəzetçilər Federasiyasının başqanı Menderes Dəmir çıxış edib. 2016-cı ildə 5 ölkədən, 7 filmlə gerçəkləşən Festivalın bu il keçirilən ikinci tədbirində artıq 7 ölkədən 18 film nümayişi olduğunu bildirib.

Sonda TRT-nin hazırladığı “Sırac” sənədli filmi nümayiş etdirilib.