ABŞ-da universitetlərin birində atışma olub

ABŞ-ın Virciniya ştatında universitetin kampusunda atışma baş verib.
“Report” xəbər verir ki, bu barədə “Assosiated Press” məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər yaralanıb. Hazırda kampusun yerləşdiyi ərazi polis tərəfindən əhatəyə alınıb.
Polis tələbə və müəllimlərə əraziyə yaxınlaşmamağı tövsiyə edib.
Atışmanın universitet məzunlarının şənlik mərasimi zamanı baş verdiyi bildirilir.