Dəniz Baykalın səhhətində ciddi problem yaranıb

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın səhhətində ciddi problem yaranıb.
APA-nın “FOX TV”yə istinadən verdiyi xəbərə görə, temperaturu yüksələn D. Baykal Ankarada xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən millət vəkilinə üst yuxarı tənəffüs yollarında infeksiya, bir damarında tromb diaqnozu qoyulub. Hazırda 79 yaşlı D. Baykalın vəziyyəti normaldır, müalicəsi davam edir.