İstirahət günləri yol qəzalarında 7 nəfər ölüb, 33 nəfər xəsarət alıb

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 26 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 7 nəfər ölüb, 33 nəfər xəsarət alıb.