Messi 3-cü dəfə ata olacaq

“Barselona”nın forvardı Lionel Messi üçüncü dəfə ata olmağa hazırlaşır.
Astarainfo.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, futbolçunun həyat yoldaşı Antonella Rokkuttso İnstaqram hesabında özü, əri və uşaqlarının yer aldığı fotonu paylaşaraq “Beş nəfərdən ibarət ailə” qısa şərhini yazıb.
Qeyd edək ki, cütlüyün Tyaqo (4 yaş) və Mateo (1 yaş) adlı iki oğlu var.