“Atletiko Madrid” futbol komandasının oyunçuları artıq Bakıdadır

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 18-də keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” qarşılaşması ilə əlaqədar “Atletiko Madrid” klubunun oyunçuları Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.
Məlumatda qeyd edilib ki, futbolçular çarter uçuş həyata keçirib və İspaniyanın paytaxtı Madriddən Bakıya “Airbus A340-500” təyyarəsi ilə gətiriliblər.