Türkiyədə partlayış törədilib, 12 polis yaralanıb – YENİLƏNİB

Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində 12 nəfər yaralanıb.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Mersin Valiliyindən bildirilib.
Yaralananlar polis əməkdaşlarıdır.
İHA-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.
***
18.42
Türkiyədə polisin xidməti avtomobilinə hücum edilib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Mersin şəhərində polis avtomobili partladılıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.
Ölən və yaralananlar barədə xəbər yoxdur.