Astarainfo.az xəbər verir ki, oktyabrın 18-də Astara rayon İcra Hakimiyyətinin  Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  Azərbaycanın Dövlət Müstəqiliyi gününə həsr olunmuş “Tarixin dərinliklərindən süzülüb gəlmiş Azərbaycan” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açıq elan etmiş və “18 Oktyabr Dövlət Müstəqilliyi günü” adlı filim nümayiş olunmuşdur.
Tədbirdə Astara rayon İcra Hakimiyyətinin məsul işçisi Elşad Axundov mövzu ilə bağlı geniş məruzə etmiş və bildirmişdir ki, 18 oktyabr Azərbaycan Respublikasının ən yeni tarixində əlamətdar günlərdən biridir. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqiliyini bərpa etmişdir. Həmin gün ölklənin qanunverici orqanı olan Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqiliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmişdir.
  Dövlət müstəqilliyinin elan  olunması Sovet İttifaqının dağılması və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş vermişdi. Böyük imperiyanın suqutu ittifaqda birləşmiş respublikaların müstəqil dövllətçiliyə aparan yolunu açmışdı. 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi və dönməz etdi, respublikanın dinamik inkşaf yoluna qədəm qoymasına şərait yaratdı.
 Ümummmilli Liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial  – iqtisadi, eləcə də  humanitar sahələrdə əldə  edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir.
 Ulu Öndər Heydər Əliyev  tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyev cənabları rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir və dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcək, xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaqını vurğulamışdır.
    Tədbirdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, Astara rayon Təhsil şöbəsinin Metod Mərkəzinin direktoru Emin Fətəliyev  çıxış etmişlər.

Elza Kazımova

Astarainfo.az