Beynəlxalq Amnistiya: “Myanma müsəlmanlarına qarşı mütəşəkkil cinayətlər törədilir

Beynəlxalq Amnistiya təşkilatı bəyanat yayaraq, bynəlxalq cəmiyyətin Myanmadakı rohinyalı nüsəlmanlara qarşı törədilən cinayətlərin dayandırılması üçün dərhal müdaxilə etməsini istəyib.
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatı bəyanatında Myanmada insan haqları pozuntuları edən tərəflərlə hərbi əməkdaşlığın dayandırılmalı olduğunu vurğulayıb.
Bu cinayətləri törədənlərə qarşı sanksiya tətbiq olunmasının zəruriliyini bildirən təşkilat, belə qeyd edib: “Törədilən cinayətlərdən qaçaraq, canlarını xilas edən şəxslərin söylədikləri ilə birlikdə peyk görüntüləri vasitəsilə əldə edilən sübutlar, Rohinya müsəlmanlarının Myanmanı tərk etmələrini təmin etmək üçün insanlıqdan kənar mütəşəkkil cinayətlərin törədildiyi açıq-aşkar sübut olunmuşdur”.
Beynəlxalq Amnistiya təşkilatı bəyanatının sonunda Rohinya müsəlmanlarına qarşı edilən cinayətlərin geniş miqyasda davam etdirilərək, işgəncə, qətliam və təcavüz formasında işləndiyini bildirib.