Bakıda mənzildə, Beyləqanda anbarda yanğın olub Böyüt

Bakı və Beyləqanda yanğın hadisəsi baş verib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 66 m2 olan 3 otaqlı mənzilin eyvanında 3 m2 sahədə məişət tullantıları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Beyləqan rayonu, Şərq qəsəbəsində ümumi sahəsi 16 m2 olan anbarın yanar konstruksiyaları və içərisində olan ərzaq və qarışıq mallar yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.