Cəbhədə erməni hərbçisi məhv edilib

Cəbhə xəttində təxribatlara cəhd edən erməni tərəfi növbəti itki verib.
APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, bu gün baş vermiş atışmada Dağlıq Qarabağ cəbhəsində xidmət edən erməni əsgəri Tiqran Armenoviç Xaçatryan öldürülüb. T.Xaçatryan bu gün saat 15.50-də baş vermiş atışma zamanı aldığı güllə yarasından ölüb.