Dünya birjalarında neft yenidən ucuzlaşıb.

 Astarinfo.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,02 dollar və ya 0,04% azalaraq 52,02 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,02 dollar və ya 0,03% azalaraq 58,13 dollar olub.