Meksika sahillərində 4,2 bal gücündə zəlzələ olub

Meksika sahillərində 4,2 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Mateo del Mar şəhərindən 74 kilometr cənubda, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.