ABŞ-da universitetdə silahlı hücum: 2 tələbə ölüb

ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hücum qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Ölənlərin tələbə olduğu bildirilir.
Hücumu təşkil edən şəxs ölüb. Onun hansı şəraitdə həlak olduğu barədə məlumat verilmir.