Ərdoğandan ABŞ-la bağlı – Şok açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı sivil dövlət hesab etmədiyini bildirib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, o, bunu mayda ABŞ-a səfəri zamanı baş verən insidentə görə ABŞ tərəfindən mühafizəçilərinin həbsinə order verilməsinə münasbət olaraq deyib.

“Mən ABŞ-a rəsmi dəvət əsasında səfər etmişdim. İndi əgər orada baş verənlərə görə, 13 mühafiəzimin həbsinə qərar verilirsə, təəssüf ki, mən bu ölkəni sivil ölkə adlamdıra bilmərəm”, – Ərdoğan deyib.
Qeyd edək ki, Ərdoğanın ABŞ-a mayda baş tutan səfəri zamanı onun mühafizəçiləri ilə etiraz aksiyası keçirən kürdlər arasında insident baş vermişdi.