Gürcüstanda seçkilər başa çatdı — Hakim partiya qələbə qazanıb

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatıb.

“Rustavi-2” telekanalınını verdiyi məlumata görə, “Exit-polun” ilkin nəticələrinə görə, sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib. O, seçicilərin 54 faizinin səsini qazanıb. Bundan başqa, “Milli hərəkat” partiyası 16 faiz, “Avropa Gürcüstanı” partiyası 9 faiz, “Vətənpərvərlər ittifaqı” isə seçicilərin 5 faiz səsini qazanıb.

Qeyd edək ki, bu gün 73 seçki dairəsinin 3634 məntəqəsində seçki keçirilib. Səhər saat 08:00-da başlayan proses saat 20:00-da yekunlaşıb. İlkin məlumatlara görə, seçicilərin 40 faizi səsvermədə iştirak edib. Seçkilərdə Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçiblər. Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyib.

Hazırda səslərin hesablanması prosesinə başlanılıb